Alətlər
Reformer:
Bu avadanlıq üzərində gücləndirilmiş yüklənmələr sizə güc və nəfəs üçün məşq etməyə imkan verir, lakin oynaqlara güc verilmir, buna görə də artrit, osteoporoz və sümük problemləri olan insanlar da reformer üzərində pilates ilə məşğul ola bilərlər. I və II tip diabetdən əziyyət çəkən insanlar tərəfindən müsbət nəticə əldə edilir; qanda şəkərin səviyyəsi tənzimlənir.
Pilates Reformerin üzərində keçirilmiş dərslərin müsbət nəticələri:
- kompleksli bütün əzələlərin inkişafı sayəsində toplanmış bədən;
- bədən çəkisinin azalması;
- qamətin korreksiyası, dərslər zamanı onurğanın bütün hissələrinin sabitləşməsi və düzləşməsi;
- bədənin daxili proseslərinin normallaşması;
- istifadəçinin psixo-emosional vəziyyətinə müsbət təsir.
Cadillac:
Cadillac — Pilates dərslərində ən vacib avadanlıqlardan biridir. O, çox geniş spektrli məşqləri yerinə yetirməyə imkan verir. Eyni zamanda Cozef Pilates özü də onu rahatlığın sinonimi hesab edirdi. Məhz buna görə, ən rahat avtomobil markasının şərəfinə adlandırıb.
Cadillac onurğanın elastikliyini artırır, çiyin qurşağını aktivləşdirir və bədənin əzələlərini uzadır. Koordinasiya və tarazlıq hissini yaxşılaşdırır.
Chair:
Konstruksiyasının sadəliyinə baxmayaraq, Chair əzələ korsetini, eləcə də ətraf nahiyələri gücləndirmək üçün onlarla müxtəlif məşqləri yerinə yetirməyə imkan verir. Hərəkətləri chair üzərində uzanaraq, oturaraq və ya dayanaraq edə bilərsiniz. Sabitlik və elastikliyin inkişafında, ənənəvi təlim üçün əlçatmaz olan əzələ qruplarının gücləndirilməsində çox yaxşı nəticələr əldə edilir.
Barrel:
Bu, yay və hərəkətli elementlərlə təchiz olunmayan yeganə aparatdır, yük kimi yalnız öz bədəninin ağırlığından istifadə olunur. Etibarlı dayaq və əyri günbəz forması sayəsində aparat əzələ liflərinin və strukturlarının maksimal rahatlamasına və dartılmasına, elastikliyin inkişafına və onurğanın təhlükəsiz uzanmasına nail olmağa imkan verir ki, bu da yırtıq və ya onurğa disklərin protruziyası kimi xəstəliklərin mövcudluğunda son dərəcə vacibdir.
Motr:
Avadanlığın qeyri-sabit səthi, müqavimətli məşqlərin dəyişik variantları ilə birlikdə ən qısa müddətdə əla nəticələr əldə etməyə kömək edəcəkdir. Üç müqavimət səviyyəsi məşq zamanı yükü tənzimləməyə imkan verir. Bir saatlıq məşqdə bütün bədəni işlədə bilərsiniz. Azərbaycanda yalnız bizim mərkəz tərəsindən gətirilmişdir.
Corealign:
Corealign pilates, kardio və güc məşqlərini birləşdirir. Onun üzərində güc və koordinasiyanın inkişafı, dərin dartılma, bədənin əzələlərinə vurğu ilə aerobik məşq üçün müxtəlif çətinlikli 200-dən çox məşq edə bilərsiniz. Azərbaycanda yalnız bizim mərkəz tərəsindən gətirilmişdir.